5 tələbənin öldüyü maşın saatda 157 ilə gedirmiş - AÇIQLAMA

5 tələbənin öldüyü maşın saatda 157 ilə gedirmiş - AÇIQLAMA
Hacıqabul rayonunda icarəyə götürülmüş "Hyundai Accent" markalı avtomobilin qəzaya uğraması və 5 tələbənin vəfat etməsi hadisəsi ilə bağlı sənədlər üzə çıxıb.
 
Avtomobili icarəyə vermiş "Elşən Rent a Car" şirkətinin rəhbəri Elşən Babayev Lent.az-a bildirib ki, maşını icarəyə götürmüş sürücü Əmiraslan Əmiraslanının 17 deyil, 19 yaşı olub. İş adamının sözlərinə görə, icarəyə verilmiş avtomobil həmin gün 20 dəfədən çox sürət həddini aşıb: "Biz GPS vasitəsi ilə həmin avtomobilləri izləyirik. Həmin maşın 20 dəfədən çox sürət həddini aşıb və işçimiz zəng edərək xəbərdarlıq etməyə çalışıb. Lakin telefonu götürən olmayıb. Qəza anında isə maşının sürəti saatda 153 kilometr olub. Yol boyu isə maşının sürəti saatda 157 kilometrədək artıb".
 
 
"Elşən Rent a Car"ın sahibi əlavə edib ki, həmin maşını 4 günlük icarəyə verib və bununla bağlı sənəd imzalanıb. Sənəd imzalanarkən Ə.Əmiraslanlının sürücülük vəsiqəsinin və şəxsiyyət vəsiqəsinin sürətləri götürülüb. O, həmçinin əlavə edib ki, icarəyə verilmiş avtomobillə ölkənin sərhədləri daxilində istənilən yerə getmək olar və baş vermiş hadisədə onların hər hansı nöqsanı yoxdur.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...