362 metrlik körpünün tikintisi başa çatır – FOTO

362 metrlik körpünün tikintisi başa çatır –  FOTO

Körpü Kür çayı üzərində inşa olunur.

Ələt-Astara avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşmaq üzrədir.  

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1 400 metrlik ərazidə aparılıb.

5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir. Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə  inşa edilib.

Tikinti işləri nəticəsində 3 ədəd dairəvi borunun quraşdırılması aparılıb, 1 ədəd düzbucaqlı su keçidi, 1 heyvan keçidi, 1 alt keçid inşa edilib. Bundan başqa 8.0x5.0 metr ölçüdə əlavə yeraltı keçidin tikintisi və körpü üzərində işıqlandırma sisteminin quraşdırılması işləri də həyata keçirilib.

Ümumilikdə indiyə qədər yerinə yetirilmiş fiziki işlərin həcmi 96 faizdir.  Artıq yeni körpüdə son tamamlanma işləri həyata keçirilir. Hazırda körpüdə asfalt-beton örtüyünün son aşınma qatının döşənməsi, tağın rənglənməsi və təhlükəsizlik məhəccərlərinin düzülməsi işləri aparılır. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.  /file/articles//file/articles/Xəzər Xəbər


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...