“32 mindən çox şəxsə vətəndaşlıq verilib”

“32 mindən çox şəxsə vətəndaşlıq verilib”

«Miqrasiya sahəsində görülən tədbirlər nəticəsində 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə vətəndaşlığa qəbul edilib. Bununla belə, ötən dövr ərzində 32 mindən çox şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb».

Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib. O xatırladıb ki, Azərbaycan BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının «10 ilə vətəndaşsızlığa son» kampaniyasına qoşulub: «Vətəndaşsızlıq hallarının qısa zaman ərzində aradan qaldırılması üçün Miqrasiya Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir».

F.Nəbiyev qeyd edib ki, 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb: «Şura vasitəsilə miqrasiya sahəsində ictimai iştirakçılıq daha geniş tətbiq olunur. Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur».


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...