Rusiyada qətl törədən şəxs Azərbaycanda saxlanılıb
04:47 / 11.02.2016
680
Rusiyada adam öldürdüyünə görə axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Bu barədə Sfera.az DİN-in saytına istinadən məlumat verir.
Beyləqan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İlyas İmanov tutulub.