Hindistanda
3 dost təsadüfən öz ölüm anlarını videoya çəkibllər.
Sfera.azxəbər verir ki, bu haqda "Daily
Mail” xəbər verir.
28 yaşlı Çetan Xatik,
22 yaşlı Sudarşan Çantel və 27 yaşlı Radxeyşyam dərin olmayan su hövzəsində çimmək qərarına gəliblər.Əyləncəli anları da
lentə almaq üçün mobil telefonu elə qoyurlar ki, hər şey kadra
düşsün. Məsələ ondadır ki, gənclər üzə bilmirmiş. Su hövzəsi onlar düşündüyündən
daha dərin olur və dostlar bir-bir batır. Gənclər evə qayıtmayanda qohumları
axtarışa başlayır. Sahildə onların paltarı və faciəni yaddaşa köçürən mobil
telefon tapılır.