3-4 manata ümid edən fəhlə: \"İşlədib pulumuzu vermirlər\" - REPORTAJ

3-4 manata ümid edən fəhlə: \
 

- Gələn burdan götürür, deyir 10 manat verəcəyəm. Gedirik işləyirik, o 10 manatı da ala bilmirik.

Bəziləri fəhlə, bəziləri isə usta kimi fəaliyyət göstərir. Hər gün səhər saatlarından 3-cü mikrorayon dairəsində müştərilərinin yolunu gözləyən bu şəxslər son zamanlar onlara müraciət edənlərin sayının az olduğunu deyir: "Gündəlik olmur, 3 gündən bir olur. Hamı yüyürür bir maşının üstünə. Yazıq maşınlar qoyub qaçır, bezir. Lazım olanda usta kimi də gedirik, fəhlə kimi də. Mənə çörək lazımdır almağa. Elə insanlar var burada 2 manatı yoxdur nə isə almağa".

 

Usta Nicat Rzayev deyir ki, əsl peşəsi rəngsazdır. Ancaq təkcə usta kimi yox, fəhlə kimi də fəaliyyət göstərir. Əvvəllər 600-1000 manata gördüyü işi hazırda 150-200 manata görməyə məcburdur: "Mən özüm rəngsazam, ev götürüb işləyirəm. Qiymətlər düşüb. Əvvəllər gəlirdi gün ərzində 20 nəfər götürürdü, indi heç 2-3 nəfər işə gedər, ya getməz. Usta gedir uzağı, fəhlə getmir. Fəhləyə ehtiyac olmur, fəhlə işini də usta görür".

 

Çəkiliş apardığımız bir neçə saat ərzində yalnız bir müştəri yaxınlaşdı. Ortaya isə belə bir mənzərə çıxdı: "10 dəqiqəlik bir iş var, divardan bir qaz borusunu deşəcək. Nə istəsə, o qədər də pul verəcəyəm. Fəhlənin pulunu kəsmək olarmı? Fəhlənin pulunu kəsən, verməyən şərəfsizdir. Fəhlənin pulunu kəsmək olmaz".

 

Bəli, fəhlənin pulunu kəsmək doğrudan da haqsızlıqdır. Bu mövzunu media hər zaman diqqətdə saxlayıb. Çünki fəhlələri işlədərək zəhmət haqqını verməyənlər arasında zaman-zaman deputatlardan tutmuş icra başçılarına qədər bir çox tanınmış adamların adları hallanıb. Bunun nə qədər həqiqətə uyğun olduğunu deyə bilməsək də, görünən odur ki, ödənilməyən pullar fəhlələri çörəksiz qoyur.

 

Gözünü fəhlənin gündəlik muzduna dikənlərə Peyğəmbərimizin sözünü xatırlatmaqdan başqa yol qalmır: "Fəhlənin zəhmət haqqını alın təri qurumamış verin!"/news.lent.az/

 

OXŞAR XƏBƏRLƏR