Gündəm

“28 Mall”da peyda olan ilanların yumurtaları varsa, çoxala bilərlər” –VİDEO

“28 Mall”da peyda olan ilanların yumurtaları varsa, çoxala bilərlər” –VİDEO
 
"28 Mall” ticarət mərkəzinin parkinqində ilanların olduğunu əks etdirən görüntülər insanlar arasında təşvişə səbəb olub. Bu AVM-nin gün ərzində minlərlə insana xidmət göstərdiyini nəzərə alsaq, insanların narahatlığı başadüşüləndir. Əsas məsələ odur ki, bu, ilanların ilk göründüyü yer deyil. Əvvəllər Bakı bulvarında bir neçə dəfə ilanlara rast gəlinib.

Maraqlı bir məqam var ki, ilanlar ticarət mərkəzində necə peyda olub?

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifovla əlaqə saxlayıb.

E.Yusifov deyib ki, şəhərdə ilanların olması və ticarət mərkəzlərinə girməsi mümkünsüzdür. Ehtimal olunur ki, ilanların yumurtası rayondan tədarük olunan məhsullarla gəlib.

"Əlverişli vəziyyət olduğu zaman da çıxıb. İndi də artıq görünməyə başlayıblar. İlan heç vaxt şəhərdə ola bilməz. İlanlar səs-küyü sevmir, insanlardan uzaqda yaşamağa çalışır. Onların insanı sancması müdafiə reaksiyasıdır.

Təhlükə hiss etdiyi üçün hücum edir. Bu səbəbdən ilanlar heç bir zaman şəhərdə məskən salmır. Yalnız hansısa formada gətirilə bilər. Daha çox da ərzaq məhsullarında ola bilər. Belə ki, onun yumurtaları ərzaq məhsullarına düşdüyü üçün sonradan böyüyə bilər.

Həmçinin, ilanın özü sərinləmək üçün kartof, soğan və ya başqa ərzaq yeşiyinin içərisinə də girə bilər. Nəzarət olmadığı zaman da yeşiklərin içərisində Bakıya gəlmiş olur”.

İnstitut direktoru bulvarda ilanların olmasının mümkün hal olduğunu bildirib:

"Onlar su ilanı ola bilər. Çünki su ilanları üzüb sahilə çıxa bilirlər. Həmçinin, estakadaların altı sakitdir. İlanlar orada yaşayıb yayıla bilərlər. Azərbaycanda su ilanın iki növü var. Təhlükəli də deyillər.

Ümumilikdə götürəndə isə ilanlar şəhərdə çoxala bilməyəcəklər. Amma çoxlu yumurtaları olsa, çoxalma ehtimalı var ki, bu da çox azdır”.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031