22 yaşlı qadın doğuş zamanı öldü
17:12 / 12.12.2016
1902
Gəncədə ana doğuş zamanı ölüb.
Sfera.az ARB TV -yə istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının doğum şöbəsində baş verib.
Şəhər sakini, 22 yaşlı Səbinə Abdullayeva hamiləliyinin 38-ci həftəsində xəstəxanaya gətirilib. İlk övladını dünyaya gətirən gənc qadın qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, ana ölsə də qız övladı sağdır.
Fakt araşdırılır.