Bakıda mənzildən qadın meyiti tapıldı
00:03 / 17.09.2021
1561
Bakıda mənzildə meyit aşkarlanıb.
Sfera.az xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Muxanova Yuliya Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.