SOCAR-ın prezidenti: “Rəqəmsallaşma strateji inkişaf planımızda prioritetdir”

SOCAR-ın prezidenti: “Rəqəmsallaşma strateji inkişaf planımızda prioritetdir”
 "Rəqəmsallaşma bizim gələcəyimizdir".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə bildirib.

O qeyd edib ki, gələcək on ildə yəqin ki, rəqəmsallaşmadan geri qalan şirkətlərin gələcəyi yoxdur.

"Böyük proqramlar həyata keçiririk və "Petkim”də keçirdiyimiz rəqəmsallaşma artıq dünya səviyyəsində qəbul olundu. "Petkim” 18 ən böyük şirkətin arasında daxil oldu. "Petkim”ə Davos İqtisadi Forumunda böyük ödül verildi ki, rəqəmsallaşma səviyyəsi ən yüksək şirkətə çevrilib. Böyük sənaye inqilabı prinsiplərində rəqəmsallaşma bizim strateji inkişaf planımızda bu neft-qazdan sonra 2-ci yerdə dayanır”, - SOCAR-ın prezidenti vurğulayıb.

Qeyd edək ki, əsas payı SOCAR-a məxsus olan Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi "Petkim” Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub. Sənaye 4.0 standartı sayəsində "Petkim” Dünya İqtisadi Forumunun (WEF) "Global Lighthouse Network”una seçilib. "Global Lighthouse Network” 2018-ci ildə təsis edilib və "gələcəyin fabrikləri” olaraq qəbul edilir, onun 44 üzvü var. "Petkim” "Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.



OXŞAR XƏBƏRLƏR