Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ  TƏYİNAT
 
Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.

Xəbəri Xaçmaz RPŞ-dən təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi.

 

OXŞAR XƏBƏRLƏR