“Küsülü qala bilməzsən” - Röya Abbasın qarşısına ŞƏRT QOYDU - VİDEO

“Küsülü qala bilməzsən” - Röya Abbasın qarşısına ŞƏRT QOYDU - VİDEO
 ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi xalq artisti Röya Ayxan olub.

Sfera.az  bildirir ki, xalq artisti Abbasla Zamiq arasındakı münasibətdən danışıb:

"Zamiqlə balaca problemim yaranmışdı. Məni Zamiqlə Abbas Bağırov barışdırıb. Abbas mənə deyib ki, biz birik, küsərik, barışarıq, hər nə olursa olsun biz birik. Mən dedim ki, biz mütləq barışacayıq, sən narahat olma. Biz barışdıq, Abbas çox sevindi. Üstündən 3 ay keçdi, onlar küsdülər. Amma onların küslükləri çox davam etdi, özü də heç nəyin üstündə".

Xalq artisti Abbas və Zamiqlə bağlı maraqlı etiraf edib:

"Abbas Zamiqi hədsiz çox istəyir. Hər dostumun xasiyyətini bilən adamam. Mənə gəlib deyəndə ki, filankəs, filan söz dedi, deyirəm ki, onun sözü deyil, o deməz. Zamiq də elə adamdır ki, ömründə dedi-qoduya qoşulmaz və dostunun dalınca danışmaz. Eşitməmişəm ki, Abbas üçün nəsə desin. Məclisdə anlaşılmamazlıq yaşanıb. Allah mənim bütün arzularımı yerinə yetirir. İnşallah ki, mənim 2 dostum bir araya gələcəklər. Hər ikisi qız bürcüdür, kişidir və hər ikisində də eqoistlik, tərslik var. Amma mən daha çox Abbasdan istəyəcəm ki, bu barışığa addım atsın. Çünki Abbas həmişə belə şeylərdə məni qabağa itələyib. Bu səfər ona deyəcəm ki, sən də yaxşı bilirsən ki, Zamiq pis tanıdıqlarımız arasında ən möhtəşəm oğlandır. Sən ondan küsülü qala bilməzsən, barışın getsin". (milli.az)
 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...