SON DƏQİQƏ: Nazirlik pensiya artımları ilə bağlı məlumat yaydı

SON DƏQİQƏ: Nazirlik pensiya artımları ilə bağlı məlumat yaydı
Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar bu kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb. Beləliklə, qeyd edilən şəxslərdən ibarət xeyli sayda şəxsin pensiyasının artırılması ilə bağlı hesablama və artımların tətbiqi böyük iş yükü yaratmasına baxmayaraq, bu işlər qısa müddətdə yerinə yetirilib. Nəticədə onların pensiyalarının hər hansı gecikməyə yol verilmədən, əvvəlki aylarda olduğu kimi, ayın sonunadək ödənişi təmin olunub.

Müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-dan ayın sonunadək aparılıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...