Türkiyədə miqrantları daşıyan avtomobil aşıb, ölən və yaralılar var
11:19 / 24.09.2019
974
Türkiyədə miqrantları daşıyan pikap tipli avtomobil qəzaya düşüb.
Sfera.az xəbər verir ki, APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Hatay vilayətinin Reyhanlı qəsəbəsində qeydə alınıb.
Sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində ölən və yaralananlar var.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.