Gündəm

Ziya Məmmədovun qardaşı oğluna vəzifə verildi

Ziya Məmmədovun qardaşı oğluna vəzifə verildi
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova Milli Məclisdə yeni vəzifə verilib. 

Məlumata görə, dünən Azərbaycan Respublikası Milli Məclisi Aparatında və İşlər İdarəsində inzibati vəzifə tutan bir qrup dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında sərəncam imzalanıb. Sərəncamda Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Aynar Elton oğlu Məmmədovun da adı qeyd olunur. Bu gündən Aynar Məmmədov sözügedən şöbənin baş müşaviri vəzifəsində çalışacaq.

Sfera.az-ın məlumatına görə, məsələ ilə bağlı Elton Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, Aynar Məmmədov uzun illərdir Milli Məclisdə çalışır: "Əvvəl kiçik məsələhətçi, sonra kiçik müşavir, bu gündən isə baş müşavir vəzifəsində öz işini davam etdirəcək”.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930