Aybəniz Haşımova Elinanın vəfatından yazdı: Əgər bu mən tanıdığım Xalidə Bayramovadırsa ...

Aybəniz Haşımova Elinanın vəfatından yazdı: Əgər bu mən tanıdığım Xalidə Bayramovadırsa ...
Azərbaycanın Əməkdar artisti, tanınmış sənətçi Aybəniz Haşımova özünün "Facebook” hesabında Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı hadisəsi ilə bağlı fikirlərini açıqlayıb.

Sfera.az Editor.az-a istinadən xəbər verir ki, A.Haşımovanın statusunu olduğunu kimi təqdim edir:

"Əziz dostlar, necə gündür ki, mediada, sosial şəbəkələrdə 162 saylı orta məktəbdə həyatın itirən 14 yaşlı məsum Elina Hacıyevanın hadisəsi ilə bağlı yayılan xəbərlər məni rahat buraxmır. Bir ana, bir qadın olaraq o qədər üzgünəm ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Günahsız, həyatının ən gözəl illərini yaşamaq istəyən, arzuları bitməyən bir körpə balamızın belə faciəvi şəkildə vəfatı insan olan hərkəsin qəlbini parçalayır. Əminəm ki, hadisədə günahı olan, Elinanı intihar həddinə çatdıran hərkəs qanunlar qarşısında ən ağır formada cavab verməlidir. Hadisə baş verən gündən tələbələrimlə hər gün bu haqda danışır və bu məsələni özüm üçün aydınlaşdırmağa çalışıram. Gəldiyim qənaətə görə sanki əsl günahkarları bir kənara qoyub, fikirləri başqa istiqamətə yönəltməyə çalışırlar.

Mən də sizə bir hadisə ilə bağlı danışmaq istəyirəm. Hələ bir neçə il əvvəl ATV-də Zaurun proqramında gördüyünüz bu körpələr ataları öldükdən sonra doğma anaları tərəfindən küçəyə atılmışdır. Mən də təsadüfən o proqramda iştirak etdiyim üçün hadisələrin canlı şahidi oldum və düşündüm ki, bu körpələri köməksiz vəziyyətdə buraxa bilmərəm. Verilişdən dərhal sonra kömək üçün hər zaman kimsəsiz və ehtiyacı olan uşaqlarla bağlı hər zaman əlindən gələni edən Səbail rayon İcra Hakimiyyəti Başçısının I müavini Xalidə Bayramovaya zəng etdim. Bu o Xalidə Bayramovadır ki, hazırda adı bu hadisələrdə hallanır və birbaşa vəzifəsi olmadığı halda bütün qurumları səfərbər edərək böyük çətinlik hesabına həmin 3 uşağı SOS Uşaq Kəndinə yerləşdirdi. Mənim və digər insanların müraciəti əsasında dəfələrlə onun tərəfindən belə köməkliklər göstərilib. İnternatlarda olan uşaqlarla elə səmimi münasibət qurub ki, onlar bir başa onun mobil telefonuna zəng edirlər.

Mən hazırda nə Xalidə Bayramovanı müdafiə etmək, nə də hüquqi məsələlərə qarışmaq istəyirəm. Ancaq əgər bu adam mənim 15 ildən artıqdır ki, xeyriyyə tədbirləri zamanı tanıdığım, əməllərini gördüyüm Xalidə Bayramovadırsa, mən onun heç vaxt bu məsələlərdə laqeydlik göstərəcəyinə, günahkar olduğuna inana bilmərəm. Əminəm ki, haqq öz yerini tapacaq..!”


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...