Bürclər bu günə nə vəd edir?

Bürclər bu günə nə vəd edir?
 QOÇ - Yersiz qürrələnməyiniz, özünüzü tərifləməyiniz ünsiyyətdə olduğunuz adamlarda sizə qarşı ikrah yarada bilər. Səmimi və sadə olun. Axşama yaxın təzə xəbər eşidəcəksiniz.

BUĞA - Ümumi passivliyinizi nəzərə alıb fəaliyyətə ara verin. Əsas enerjinizi bütünlüklə istirahətə və səyahətlərə həsr edin. Günün ikinci yarısında istənilən mübahisə və riskdən yayının.

ƏKİZLƏR - Hər mənada uğurlu bir təqvim yaşayacaqsınız. Sevdiyiniz adamlarla ümumi dil tapmağınız əsas işlərinizin gedişində müsbət çalarlar əmələ gətirəcək. Gecəni öz evinizdə keçirin.

XƏRÇƏNG - Hər hansı işdə təkbaşına addım atmaqdan vaz keçin. Əməkdaşlıq zəminində isə uğurlara yetişəcəksiniz. Saat 16-dan sonra perspektivi sual altında olan danışıqlardan imtina edin.

ŞİR - Passiv bir gün yaşamalı olacaqsınız. Özündən müştəbehlik, hamıya yuxarıdan aşağı baxmaq kimi mənfi xüsusiyyətlərdən uzaq olun. Yeni işgüzar təklifləri rədd etməyin.

QIZ - Ailə-sevgi münasibətlərində bəzi xoşagəlməzliklə rastlaşa bilərsiniz. Boş yerə hay-küy qaldırmayın. Hər şeydən əvvəl ətrafınızda müsbət aura, xoş mühit yaradın ki, qurtulasınız.

TƏRƏZİ - Maddi problemləri nəzərə almasaq, bu təqvimdən narazı qalmağınıza elə bir ciddi əsas yoxdur. Ulduzlar insanlara baxışlarınızı dəyişməyi tövsiyə edir. Əsəblərinizi qoruyun. 

ƏQRƏB - Cərəyan edən proseslərə çılğın tərzdə yanaşmağınız heç bir irəliləyişə təkan verməyəcək. Odur ki, müdriklik göstərməyiniz tələb olunur. Yeni əməkdaşlığa ciddi tərzdə yanaşın.

OXATAN - İlahi prinsiplərə xüsusi əhəmiyyət verin. Günahlarınızın yuyulması üçün dualar edin. Sevdiyiniz adamda özünüzə qarşı yalnız rəğbət yaratmağa çalışın. Uzaq səfərləri təxirə salın.

OĞLAQ - Novruz başlayandan qayğılarınız da artıb. Qarşınızda duran vəzifələrin öhdəsindən çətinliklə gəlməyiniz sizi səbrsiz edir. Bir az dözümlü olun. Ulduzlar varlanacağınızı bildirir.

SUTÖKƏN - Uğurlu gündür. Günün birinci yarısında qazanmaq, nahardan sonra isə xoş təsadüflərlə rastlaşmaq şansınız var. Yeni əlaqələrə ciddi və perspektivli yanaşın. Bu, yalnız xeyrinizə ola bilər.  

BALIQLAR - Saat 14-ə qədər münaqişəli məsələlərdən uzaq olmağa çalışın. Kiminsə özü yaratdığı problemi düzəltmək fikrinə düşməyin. Sonrakı saatları isə bütünlüklə əyləncələrə həsr edin.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...