“Lotu Quli” Rusiya polisinin hədəfində - SƏBƏB

“Lotu Quli” Rusiya polisinin hədəfində - SƏBƏB
Rusiyanın Sverdlovsk əyalətinə yeni polis rəisi təyinatı olacaq. Yeni rəisin Daxili İşlər Şöbəsinin Moskvanın Cənub inzibati idarəsi üzrə hazırkı rəhbəri Roman Pluqin olacağı ehtimal edilir. Sverdlovsk əyaləti üzrə hazırkı rəis Mixail Borodin regionda stabil vəziyyəti qoruya bilsə də, ekspertlər yeni təyinatdan sonra Uralda kriminal aləmdə yeni dalğalanmanın olacağını bildirirlər.

Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə cavabdeh olan şəxslər regionda sakitlik üçün ən böyük təhlükə olaraq Azərbaycandan olan kriminalistlərdən ibarət etnik qruplaşmanı göstərirlər.

Belə ki, "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) başçılıq etdiyi dəstə xüsusi biznesin və bazarların böyük qisminə nəzarət edir, saxta içki hazırlanması ilə məşğul olur.

Mütəşəkkil Cinayətkar Dəstə ilə məşğul olan güc strukturu əməkdaşı bildirib ki, Uralda onun xüsusi adamları var, bəzi yerlərdə möhkəmlənə biliblər, bəzilərində yox, lakin "Lotu Quli” istənilən halda təhlükəli fiqurdur.

Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, əgər Qulinin Rusiyaya gəlmək imkanı yaransa, bu, region üçün böyük riskdir və burada kriminal hadisələrin sərhədi genişlənəcək.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...