AdRiver
Anar Əliyevin qətlinin arxasında kim dayanır?

Anar Əliyevin qətlinin arxasında kim dayanır?

   Moskvanın Çertanovsk küçəsində qətlə yetirilmiş 42 yaşlı azərbaycanlı iş adamı Anar Əliyev Rusiya paytaxtının Cənub inzibati dairəsinin ərazisində çoxsaylı ticarət çadırlarının sahibi olub.

Bu barədə Moskvanın Azərbaycan diasporunun nümayəndəsi Azər Qurbanov Oxu.az-a açıqlama verib

Qeyd edək ki, fevralın 22-də, səhər saatlarında naməlum şəxs parkinq yerində olan "Lexus” markalı avtomobili atəşə tutub, avtomobilin sükanı arxasında əyləşmiş Anar Əliyev dörd güllə yarası alıb.

Ölümcül yaralanan Əliyev hadisədən bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.

İstintaq orqanları qətlin sifarişli olduğunu açıqlayıb. Müşahidə kamerasına düşən qatilin arıq bədən quruluşuna malik, Qafqaz milliyyətindən olduğu ehtimal edilən kişi olduğu bildirilir. Qatil küçədə Əliyevin avtomobilini gözləyib, sonuncu maşını duracaqdan çıxaran zaman onu atəşə tutub.

Qurbanovun sözlərinə görə, Cənub dairəsi ticarət üçün olduqca gəlirli yerdir:

"Əvvəllər Zapadnı Biryulyevada çoxsaylı azərbaycanlıların işlədiyi ən iri "Pokrovsaya” meyvə-tərəvəz bazası (keçmiş Brejnevski) yerləşirdi. Həmin ərazi daima hüquq-mühafizə strukturlarının diqqətində olub, belə ki, orada mütəmadi olaraq azərbaycanlı və digər qanuni oğruların "sxodkaları” keçirilib.

"Pokrovskaya” bazasının bir çox ticarət obyektlərinin sahibləri yerli kriminal qruplaşmaların himayəsindən istifadə edib. Bazanın bağlanmasına baxmayaraq, biznesmenlərdən xərac toplayan kriminal qruplaşmalar fəaliyyəti davam etdirib. Bu gün həmin rayonda çox sayda azərbaycanlılar çalışır.

Anar Əliyevi kiçik sahibkar adlandırmaq düzgün olmaz. Əliyevin biznesi yüksəlməkdə idi. İstisna deyil ki, bu, kriminal avtoritetlərin diqqətini cəlb edib. Əsas ehtimallardan birinə görə, o, pula görə və ya xərac ödəməkdən imtina etdiyinə görə sui-qəsd qurbanına çevrilib. İkinci versiya biznesmenin çalışdığı sahəyə başqa azərbaycanlı həmyerlisinin göz tikməsidir”.

Sfera.az

DİGƏR XƏBƏRLƏR


---