General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik öldürüb, “Riyad”da isə...

General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik öldürüb, “Riyad”da isə...

 

MMC sahibinin oğlu da general övladından geri qalmır.

Sfera.az Ulus.az-a istinadən xəbər verir ki, "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə ağır qəza törədib.

Yerli KİV-də "Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb.

Sözügedən hadisə 2014-cü ildə "Memar Əcəmi” metro stansiyasının yaxınlığında baş verib. Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, "3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı "Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

İş üzrə araşdırma Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən aparılıb. Lakin məlum olmayan səbəblərdən, biznesmenin oğlu barəsində heç bir ölçü götürülməyib.

Maraqlısı odur ki, bir neçə gün əvvəl vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü avtobusun sürücüsü 1981-ci il təvəllüdlü Sənan Səmədov "Xaliq Faiqoğlu” şirkətinin işçisidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov bu hadisədən sonra vəzifəsindən azad olunub.

Bundan əlavə, Faiq Seyidovun adı həmçinin "Safastore” mağazasının qarşısında "Riyad” mühafizə xidməti əməkdaşları ilə qarşıdurmada hallanıb. Belə ki, həmin hadisələrdən sonra iş adamı Azadxan Xanməmmədov həbs edilib.

Sahibkarın oğlu kübar həyat tərzi keçirməyi xoşlayır. Sitat: "Xaliq Seyidov atasının vergidən yayındırdığı vəsaitlər hesabına özünə bir neçə bahalı avtomobil alıb.

Məsələn, iş adamının oğlunun sərəncamında Az 10 LU 090 dövlət nömrə nişanlı ”Mercedes GL”, Az 10 OF 090 dövlət nömrə nişanlı "Range Rover” və digər avtomobillər var”.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...