İlham Əliyev sərəncam imzaladı
20:49 / 21.12.2016
1571
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavinləri təyin edilib.
Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən Xaliq Məmmədov və Elşən Əsədov "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər.