Neftin qiyməti ilə bağlı son vəziyyət

Neftin qiyməti ilə bağlı son vəziyyət

 

ABŞ-ın neft istehsalçılarının hasilatı dörd həftədir artırmasından sonra, "qara qızıl” ın qiyməti son iki ayın ən aşağı səviyyəsinə enib.

Dünya birjalarında neftin qiymətləri ucuzlaşmaqdadır.

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26% ucuzlaşaraq bir barelə görə 45,57 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27% azalaraq 44,07 dollar təşkil edib.

Qeyd edək ki, "qara qızıl”ın qiyməti iyul ayı başlayandan bu yana 44-52 dollar arasında satılıb.


OXŞAR XƏBƏRLƏR