Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

 

Azərbaycan neftinin qiyməti açıqlandı.

"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar azalaraq 50,56 dollar təşkil edib.

Dünən açıqlanan hərracların nəticələrinə görə, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 50,98 dollara bərabər olub. 

Qeyd edək ki, APA-nın məlumatına görə, cari ilin ikinci rübündə neftin qiymətinin artım tempində rekord qeydə alınıb.

Ötən günün sonunda Brent markalı neftin 1 barelinin qiyməti 0,73 dollar və 1,44% azalaraq 49,88 dollar olub.

WTI markalı neftin 1 barelinin dəyəri isə 0,93 dollar və 1,86% azalaraq 48,95 dollara çatıb.

Neftin ucuzlaşmasına baxmayaraq, "qara qızıl”ın qiyməti 2009-cu ildən etibarən rekord səviyyədə rüblük artım dinamikası nümayiş etdirib.

Belə ki, birinci rübə nisbətən ikinci rübdə Brent markalı neft 26%, WTI nefti isə 28% bahalaşıb. Bu isə 7 illik rekorddur.

 


OXŞAR XƏBƏRLƏR