20 il sonra doğulan uşaq arxa düşərək öldü - Faciə

20 il sonra doğulan uşaq arxa düşərək öldü -  Faciə

Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Sfera.az APA TV-nin yerli bürosuna istinadən xəbər verir ki, hadisə Göyçayın Qaraxıdır kəndində qeydə alınıb.

Kənd sakini, 3 yaşlı Əsgər Cavanşir oğlu Kərimov yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən yayınıb və yaxınlıqdakı su arxına düşərək boğulub. Dərinliyi 2 metrdən çox olan və suyun iti axdığı arxda köməksiz vəziyyətdə qalan 3 yaşlı uşaq dünyasını dəyişib. Valideynlər əvvəlcə uşağın küçəyə çıxdığını və ya qonşu həyətə keçdiyini düşünərək onu xeyli axtarıblar. Sonradan uşağın cəsədini suya düşdüyü yerdən 150 metr aralıdan taparaq çıxarıblar.

Kənd sakini Şamil Həmidov hadisənin təfərrüatını belə açıqlayıb: "Ata elə bilib ki, uşaq anasının, ana isə elə bilib ki, atasının yanındadır. Kənd həyatıdır. Təsərrüfat işləri məşğul olarkən başları qarışıb. Ani məqamda uşaq arxa yaxınlaşıb, ayağı sürüşüb və suya düşüb".

Qeyd edək ki, ailənin 3 qız və bir oğlan övladı olub. Üç qız övladından sonra 20 il oğul həsrəti ilə yaşayan ailə arzusuna gec də olsa, çatıb. Amma valideynlərin oğul sevinci çox çəkməyib və 3 yaşlı Əsgər faciəli şəkildə dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...