188 yükdaşıma xidməti haqqında ŞOK İTTİHAMLAR - VİDEO

188 yükdaşıma xidməti haqqında ŞOK İTTİHAMLAR - VİDEO
 Bakıda yükdaşıma şirkəti işçilərinin əmək haqlarını vermir. Üstəlik şirkət işçilərin hərbi biletlərini, diplomlarını da girov saxlayır. Xəzərxəbər-in məlumatına görə, bu iddiaları elə həmin şirkətdə sürücü işləyən şəxslər səsləndirib. Bildiriblər ki, onlar uzun müddətdir 188 yükdaşıma xidmətində sürücü kimi çalışırlar. Son vaxtlar şirkət onların əməkhaqlarını verməyib. Buna etiraz edərək işdən çıxan sürücüləri şirkət bu dəfə sənədlərini verməməklə cəzalandırıb. 30-a yaxın işçinin diplom, hərbi bilet və bu kimi vacib sənədləri şirkət tərəfindən girov saxlanılıb.
Səsləndirilən bu iddialarla bağlı 188 yükdaşıma xidmətinin qarajına üz tutduq. Həmin ünvanda rəhbərliyin olmadığını dedilər və qapıları üzümüzə bağladılar. Daha sonra qarajın rəisi Rəşad Mustafayevlə telefon vasitəsi ilə əlaqə saxladıq. O, açıqlamasında iddiaların əsassız olduğunu bildirdi.
Qeyd edək ki, zərərçəkmişlər artıq faktla bağlı Nizami rayonu 24-cü polis şöbəsinə də müraciət ediblər. Onların hər birinin izahatı alınıb və məsələnin araşdırılacağı bildirilib.
Şirkətin rəhbərləri Rəşad və İsmixan Mustafayev qardaşlarıdır. Onlar məsələ ilə bağlı bir neçə dəfə Nizami rayon Prokurorluğuna və Nizami rayon polis idarəsinə çağrılıblar. Lakin heç bir nəticəsi olmayıb. Onlar insanlarə aldatmaqda, onların inamından sui istifadə etməkdə, vergidən yayınmaqda davam edirlər. İşçiler dəfələrlə əmək müfəttişliyinə müraciət etsə də, heç bir tədbir görülməyib.
 

(xezer tv)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...