105 yaşlı bloq yazarından məsləhət: “Gənc qalmaq istəyirsizsə, kompüter önündə əyləşin”
16:48 / 19.05.2018
2632
İsveçli 105 yaşlı bloq yazarı Daqni Karlson kompüterə olan bağlılığı ilə ökəsində böyük marağa səbəb olub.
Sfera.az xəbər verir ki, 105 yaşlı bloq yazarı artıq 5 ildir ki, bu sevimli iş ilə məşğul olduğunu deyir. Ölkəsində ona qarşı özəl münasibətin bəsləndiyini deyən 105 yaşlı qadın kompüter hobbisinin onun gənc qalmasına səbəb olduğunu bildirib.
Bu gün İsveçdə müxtəlif nəsillər arasında 105 yaşlı qadının heyranlarını da tapmaq olar.
Daqni Karlsonu ən çox üzən isə yaxınlarının onu tərk etməsidir:
"Bu vaxtadək nə qədər yaxınım, doğmam dünyasını dəyişib. Artıq nə qədər yas mərasiminə qatıldığımı belə unutmuşam”.
Camal
Sfera.az