Paşinyan Ermənistanı hara aparacaq? - Ekspert

Paşinyan Ermənistanı hara aparacaq? - Ekspert

Nikol Paşinyan yenidən Ermənistanın baş naziri təyin edilib. O, yeni kabinetin tərkibi parlamentdə təsdiqləndikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu təyinat Ermənistanın regiondakı yerinə və mövqryinə necə təsir göstərəcək? Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində və Ermənistan-Avropa İttifaqı münasibətlərində hansısa yenilik gözləməyə dəyərmi? Eurasia Diary-nin suallarını politoloq, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidentinin köməkçisi Anastasiya Lavrina cavablandırır.

 

A.Lavrina bildirir ki, Ermənistanda 20 il ərzində əhali hər zaman yalnız öz maddi maraqlarını güdən keçmiş hökumətin reallıqla uzlaşmayan bəyanatları və vədlərinin təsiri altında olub: "Keçmiş hökumətin yürütdüyü siyasət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək istəyinin olmaması Ermənistanın iqtisadi və sosial cəhətdən tam çökməsinə gətirib çıxardı.

 

Paşinyanın vəzifədə olduğu müddətdə biz yalnız hökumətin tərkibində hansısa dəyişikliklərin baş verdiyini müşahidə etdik. Bu günə qədər ölkəni iqtisadi böhran vəziyyətindən çıxaracaq ciddi islahatlar aparılmayıb. Əksinə, Ermənistanı dünya ictimaiyyəti üçün güclü və etibarlı tərəfdaş kimi tanıtmaq üçün göstərilən bütün cəhdlər uğursuz oldu. Demokratikləşdirilməsi və Qərblə tərəfdaşlığın gücləndirilməsi barədə gurultulu bəyanatlar isə xalqın Paşinyana səs verməsinə xidmət edən bir oyun idi".

 

Ekspert hesab edir ki, ötən müddətdə iqtisadi inkişafa gətirib çıxara biləcək heç bir əhəmiyyətli layihə imzalanmayıb: "Ölkədə müxtəlif məsələlərlə əlaqədar etiraz aksiyaları hələ də davam edir. Rusiya qazının Ermənistan üçün qiyməti 15 dollar artaraq, 1000 kubmetr üçün 165 dollar təşkil edib. Ermənistan, eyni zamanda, təşkilatın bəzi üzvləri ilə mübahisəyə rəvac verərək, KTMT-də də fiaskoya məruz qaldı.

 

Bütün bunlar göstərir ki, birinci mərhələdə vəziyyətin ən azından sabitləşməsi naminə indi ölkənin daxili və xarici siyasətinin qurulması istiqamətində Paşinyanın qarşısında ciddi hədəflər dayanır. Və Paşinyanın baş nazir seçilmək yolunda göstərdiyi fəallığın əsl səbəbləri indi aydın olacaq - o, öz xalqına yalnız yalan vədlər verməklə məşğul olub, yoxsa həqiqətən də dövlətin inkişafına çalışmaq istəyib".

 

Politoloqun fikrincə, artıq iqtisadi inkişafa dair planlar təqdim etməyin, xalqa vəd olunan hər şeyi yerinə yetirməyin vaxtı çatıb: "Əlbəttə, bu məqamda Paşinyan küncə dirənir. Ermənistanı təcriddən çıxartmaq və beynəlxalq layihələrdə iştirak etməyə imkan yaratmaq üçün yeganə yol regional əməkdaşlığı inkişaf etdirməkdir. Bu isə öz növbəsində, sərmayələrin axınına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına və bütün işğal olunmuş torpaqların Azərbaycana qaytarılmasına səbəb olacaq".

 

O ki qaldı yeni-köhnə baş nazirin qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar barədə hələ siyasi səhnəyə çıxdığı ilk vaxtlarda verdiyi bəyanata, Anastasiya Lavrinanı bu məsələyə münasibəti birmənalıdır: "Separatçılarla danışıq aparmaqdan söhbət gedə bilməz. Paşinyan bunu artıq başa düşməli idi. Bu məsələdə onu Minsk Qrupunun həmsədri olan ölkələrdən heç biri dəstəkləmədi. Mənim fikrimcə, bu təklif danışıqları dondurmaq və Paşinyan üçün seçki kampaniyası ilə bağlı maraqları baxımdan vaxt qazanmaq məqsədi daşıyırdı. Ancaq sonda danışıqlar bərpa olundu. Dağlıq Qarabağ münaqişəsinin reallıqları diplomatlar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən beynəlxalq miqyasda getdikcə genişlənir və beynəlxalq sənədlərdə əksini tapır.

 

Məsələn, Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq Prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı barədə bənd var. Bu, şübhəsiz ki, çox vacibdir. Ermənistanda mövcud vəziyyəti yaxşı başa düşürlər və əgər Paşinyan öz ölkəsinin, xalqının qeydinə qalırsa, onda hökumətin formalaşmasından sonra o, özünün ən başlıca problemini həll etmək üçün konkret addımlar atmalıdır".

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...