\" 2 uşaq azdır, 4-5 uşaq istəyirik\" - Xoşqədəmlə Doğuşdan YENİ FOTOSESSİYA

\
Bu yaxınlarda əkizləri dünyaya göz açan Xoşqədəm –Doğuş cütlüyü bir-biriləri ilə bağlı maraqlı etiraflar ediblər.
"Evdə xanımımın sözü keçir” deyən Doğuş Türkiyə mətbuatına müsahibəsində bunları deyib:

"Xanımıma qalsa, Bakıda doğuş edəcəkdi. Amma mən icazə vermədim. Türkiyənin şəxsiyyət vəsiqəsi çox dəyərlidir. Bunun dəyərini gələcəkdə daha yaxşı biləcəklər. Əkizlərimi qucağıma alanda titrəyirdim. Keçmişimi silib, atdım. Əlbəttə səhvlərim olub, amma hamısı keçmişdə qalıb. Heç kimin mənimlə işi olmasın, öz yuvamda xoşbəxtəm. Əkizlərim olandan sonra həyatım dəyişdi. Vəsiqələrini mən çıxartdırdım. Ata olmaq fərqli hissdir, sözlə ifadə edə bilmərəm. Əkizlərdən biri mənə, biri də xanımıma oxşayır. Artıq həyatımızı onlara görə planlaşdırırıq. Uşaqlığım çətin keçdiyi üçün əvvəllər ata olmağı düşünmürdüm. Amma evlilik hər şeyi dəyişdi. Amma 2 uşaq azdır, 4-5 uşaq istəyirik. Xanımımla həm dostuq, həm sevgili, həm də həyat yoldaşı”.

X.Hidayətqızı isə Doğuşla bağlı bunları deyib:

"O, Azərbaycan xörəklərinin ağır olduğunu düşünür. Bir dəfə Bakıda olanda bizim plovdan bişirmişdi. İdmanla məşğul olduğu üçün özünə uyğun bir xörək: duzsuz, yağsız bir plov idi. Əlbəttə ki, yedim, amma çox dadlı olub dedim. Hər nədirsə, əziyyət çəkmişdi(red-gülür)”.













OXŞAR XƏBƏRLƏR