Özünü 6-cı mərtəbədən atıb öldürdü
17:55 / 23.10.2021
1204
Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə 6-cı mikrorayon ərazisində baş verib.
1991-cı il təvəllüdlü Şəhla Vəliyeva "Kristal Abşeron” yaşayış kompleksinin 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.