ABŞ-də öldürüldüyü deyilən Albina sağ imiş- YENİLƏNDİ

ABŞ-də öldürüldüyü deyilən Albina sağ imiş- YENİLƏNDİ

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

 

Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.

 

"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.

 

Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.

 

***

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva yeni açıqlama yayaraq müğənninin sağ olduğunu açıqlayıb.

 

“Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb.

 

Əlavə edək ki, Albinanın yaxın dostlarından biri APA-ya açıqlamasında onun ölümü ilə bağlı iddiaları təkzib edib.

 

Qeyd edək ki, bir neçə saat əvvəl L.Əfəndiyeva feysbuk hesabında müğənninin ABŞ-Meksika sərhədini keçərkən öldürüldüyünü bildirmişdi.

 


OXŞAR XƏBƏRLƏR