Özünə villa tikdirən Əməkdar artist: Camaatın əlinə baxırıq - ÖZƏL

Özünə villa tikdirən Əməkdar artist: Camaatın əlinə baxırıq - ÖZƏL

Guya mən demişəm ki, "evdə dörd-beş qulluqçum olacaq”. Əslində bu söz mənim leksikonumda yoxdur. Mən belə sözləri xoşlamıram. Haqqımda belə danışanda da xoşuma gəlmir.

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva oxu.az-ın əməkdaşı ilə söhbətində deyib.

"Adam var ki, lovğalanır, özünü göstərmək üçün belə sözlər danışır. Amma mən böyük danışmağı sevmirəm. Qulluqçu məsələsinə gəlincə, elə mən özüm də qulluçuyam. Əgər gedib kiminsə qapısında oxuyuramsa, demək mən də qulluqçuyam. Biz camaatın əlinə baxırıq. Əslində, o cür sözləri demək düzgün deyil”.

"Altımərtəbəli villa tikdirir” iddialarına isə əməkdar artist bu formada münasibət bildirib:

"Deyirlər ki, Elnarə altımərtəbəli villa tikir. Bu, həqiqəti əks etdirmir. Mən ev tikirəm amma altımərtəbə deyil. Öz alın tərimlə, zəhmətimlə ev tikdirirəm. Kiminsə cibinə girmirəm ki? Dövlətimə, millətimə yaxşı xidmət edirəm.

Əgər ev tikirəmsə, demək xalq Elnarəni sevir, ona beş-on manat pul verir, mən də ev tikirəm. Təsəvvür edin ki, on-iyirmi ildən sonra ağlayıram ki, evim yoxdur. Bu nə dərəcədə düzgün olacaq? Deməzlər ki, ay Elnarə xanım, sən yaxşı sənətkar idin, toylara da gedirdin, bəs hanı sənin pulun? Ona görə gərək az geyinəsən, az yeyəsən ki, özünə bir "koma” düzəldə biləsən.

Allah qismət eləsin, evimi tez tikib, başa çatdırım. Hamı kimi ev tikdirirəm”.

 "5-də 5” axşam şousunda verilişin aparıcısı Zaur Kamalın "Niyə görə evi olan sənətçilər dövlətdən ikinci dəfə ev istəyir?” sualına qalmaqallı şəkildə münasibət bildirən E.Abdullayeva mövzuya yenidən toxunaraq, məsələnə yenidən cavab verib:

"Aparıcı Zaur Kamal mənə bununla bağlı sual verdi. Söylədi ki, "İndi bir çox müğənnilər öz evlərini göstərmirlər ki, dövlətdən ev alsınlar. Cavab olaraq dedim ki, "mən hələ ki, cavanam. Allah məni bu günə qoymasın ki, dövlətimə, xalqıma, millətimə, ailəmə yük olum. Bilirik ki, bütün sənətkarlara dövlətimiz yetərincə qayğı göstərir, xidmət edir. Allah o günü mənə qismət etsin ki, ahıl yaşında problemim çıxarsa, dövlətim mənə yardım etsin”.

"Sözügedən verilişdəki bu çıxışınız Əməkdar artist Ruhəngiz Allahverdiyevanın heç xoşuna gəlmədi və aranızda qalmaqal yaşandı” şərhinə Elnarə Abdullayevanın cavabı isə belə olub:

Əməkdar artist Ruhəngiz Allahverdiyeva nədənsə bu sözləri öz üzərinə götürdü. Aramızda söz-söhbət oldu. Amma mənim ondan heç xəbərim yox idi. Bilmirdim ki, onun evlə bağlı hər-hansısa bir problemi var. Onunla səmimi şəkildə verilişlərin birində görüşdük”.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...