Yeni virusun əlamətləri nələrdir?

Yeni virusun əlamətləri nələrdir?

Son günlər uşaqlar arasında parvovirus infeksiyasının yayılması müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, bu virus əsasən qızdırma və dəridə qızartılarla özünü göstərir.

 

Pediatr Bahar Cəbrayılova bildirir ki, parvovirus daha çox 5-15 yaş arası uşaqlarda rast gəlinir. Kiçik yaşlı uşaqlarda xəstəliyin əsas simptomları qızdırma, boğaz ağrısı və qaşıntıdır. Daha böyüklərdə isə oynaq ağrıları və baş ağrıları da müşahidə oluna bilər:

 

"Xəstəliyin ilkin mərhələsində burun axıntısı və qaşıntı yaranır, bir müddət sonra isə uşaqların yanaqlarında "şillə izi"nə bənzər qızartılar meydana çıxır. Müalicə simptomlara yönəlib, qızdırma və qaşıntı aradan qaldırılır. Adətən, bu vəziyyət bir həftə davam edir" - deyə pediatr əlavə edib.

 

Qeyd edək ki, parvovirusdan qorunmaq üçün panikaya qapılmadan vaxtında tədbir görmək vacibdir. Bu virus ciddi təhlükə yaratmasa da, gecikmək riski artır. Əgər uşağınızda bu əlamətlər varsa, mütləq həkimə müraciət edin.(Milli.az)


OXŞAR XƏBƏRLƏR

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...