\"Ziyəddinoğlu\" MMC-dən şikayətçi olan sakinlər prezidentə video müraciət ünvanladı

\

"Ziyəddinoğlu" MMC-nin əməlləri vətəndaşları dövlətdən narazı salmağa hesablanıb.

 

Sfera.az-a daxil olmuş şikayət məktubunda bildirilir ki, Bakı şəhəri Xətai rayonu, Nəcəfqulu Rəfiyev 29 ünvanında yerləşən iki mərtəbəli köhnə yaşayış binasında yerləşən 54 ailəlik köhnə mənzillər "ZİYƏDDİNOGLU" MMC tərəfindən pilot layihə adı ilə sökülüb. Həmin vaxt sakinlərə vəd edilib ki, həmin binanın yerində yeni bina inşa ediləcək və sakinlərin ixtiyarına veriləcək.

 

Sakinlər bildirirlər ki, "Zyəddinoğlu" MMC-nin direktoru Aslanov Elvin Əli oğlu sakinlərə vəd edibmiş ki, bina inşa edilənə qədər, şirkət onları kirayə pulu ilə təmin edəcək. Lakin sakinlərə kirayə pulu yalnız bir neçə ay ödənilib, daha sonra şirkət verdiyi vədini unudub. 

 

Sakinlər məsələ ilə bağlı özünü şirkətin direktoru kimi təqdim edən Elvin adlı şəxslə əlaqə saxlasalar da o, cavabında "gedin hara şikayət edirsiz edin" tipli cavablarla kifayətlənib. Xatırladaq ki, adını çəkdiyimiz ünvanda yaşayanların əksəriyyəti aztəminatlı ailələrdir. Sakinlər bildirirlər ki, şikayətimizi eşidən olmasa biz şirkətin qarşısında aksiya keçirəcəyik.


Ümidsiz duruma düşən sakinlər ölkə başçışından video müraciətlə kömək istəyiblər. 


Əməkdaşımız sözügedən şikayətlə bağlı "Ziyəddinoglu" MMC şirkətinin mövqeyini öyrənməyə çalışsa da cəhdlərimiz nəticə verməyib.



OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...