Zərdüşt Əlizadə Rusiya sülhməramlılarının tərəfini tutdu: "Onlara "sağ ol" deməliyik..."
15:52 / 30.04.2021
2627
"Sülhməramlılar müsbət iş görəndə onu mənfi
hal kimi qiymətləndirmək doğru deyil”.
Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Dağlıq Qarabağın erməni əhalisinə
koronavirusla mübarizə çərçivəsində vaksin göndərməsinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib:
"Rusiya bütün dünyada tüğyan edən pandemiyaya
qarşı mübarizə çərçivəsində Qarabağın erməni əhalisinə vaksin verib. Əslində
humanitar aksiya keçirməklə nəcib iş görüblər. Yaxşı iş görəndə onlara da "çox
sağ ol” demək lazımdır.
Həmsöhbətimiz bildirdi ki, əslində bu işi Azərbaycan
özü görməli idi: "Qarabağdakı erməni əhalisi Azərbaycan vətəndaşları olduğundan
ilk növbədə Bakı onlara vaksin təklif etməliydi. Ermənilər bu zaman ölməyi
üstün tutub, Bakıdan vaksin almayacaqlarını bəyan etsəydi, belədə özlərinin ədəbsiz
olduqlarını nümayiş etdirmiş olacaqdılar. Təəssüf ki, Azərbaycan öz vətəndaşları olan ermənilərə peyvənd təklif etməyib”.