“Zəngəzur dəhlizindən, xüsusilə sərnişin avtomobillərinin sərbəst keçid olmayacaqsa...”

“Zəngəzur dəhlizindən, xüsusilə sərnişin avtomobillərinin sərbəst keçid olmayacaqsa...”
Qüdrət Həsənquliyev: "Türkiyə Azərbaycanla birlikdə Avrasiya İttifaqına üzvülük barədə ciddi düşünməlidir”
 
Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir.
 
- Qüdrət bəy, Prezidentin Brüssel səfərinin nəticələrini necə qiymətləndirərdiniz?
 
- Çox müsbət qiymətləndirirəm. Prezident NATO Baş katibi ilə keçirdiyi mətbuat konfransında bəyan etdi ki, Laçın dəhlizinin statusu nə olacaqsa Zəngəzur dəhlizinin də statusu eyni olacaq. Şarl Mişelin yaydığı bəyanata əsasən, razılaşma əldə olunub ki, Zəngəzurdan keçən dəmir yol xətti dövlətlərin suverenliyi, beynəlxalq miqyasda qəbul olunan sərhəd və gömrük nəzarəti qaydalarına uyğun olaraq açılsın. Belə olduğu təqdirdə, Ermənistanı Rusiya və İranla birləşdirən dəmir yolunun əhəmiyyətli hissəsi Azərbaycan ərazisindən keçdiyinə görə, Ermənistan Azərbaycana daha çox vəsait ödəyəcək. Avtomobil yolları ilə bağlı məsələ isə hələlik açıq qalır. Zəngəzur dəhlizindən, xüsusilə sərnişin avtomobillərinin sərbəst keçid olmayacaqsa, deməli Laçın dəhlizində də bu olmayacaq. Bilirsiniz, Rusiya istəsəydi bu problemlərin yaranmaması üçün 10 noyabr 2020-ci il bəyanatında göstərərdi ki, Laçın və Zəngəzur dəhlizlərinin hüquqi statusu eyni olacaq. Yaxud bəyanatdan sonra Ermənistanın daha konstruktiv davranması üçün ona təzyiq edərdi. Görünən odur ki, Qərb də öz uşağı olan Paşinyana konstruktiv olması üçün təzyiq göstərmək fikrində deyil. Bəyanatda fərqli ifadələrdən istifadə edilməsi Ermənistana manipulyasiyalar üçün yol açır. Bu da onu göstərir ki, motivlər fərqli olsa da Minsk qrupuna daxil olan dövlətlər "nə hərb, nə sülh” platformasından çıxış edirlər və verdikləri bəyanatların əksinə olaraq danışıqların tezliklə başa çatdırılıb sülh sazişi imzalanmasında maraqlı deyillər. 44 günlük savaşa qədər sərgilədikləri mövqe dəyişməyib. Sadəcə, çalışırlar ki, tərəflərə təsir imkanlarını saxlasınlar.
 
- Belə vəziyyətdə Azərbaycan nə etməlidir?
 
- Azərbaycan bunu nəzərə alıb oyun qaydalarını dəyişir və haqlı olaraq 2009-cu ildəkindən fərqli olaraq Türkiyənin Ermənistanla münasibətlərinin sağlamlaşdırılmasına etiraz etmədi. Dəmir yolunun açılması məsələsini avtomobil yolunun açılması məsələsinə bağlamadı və daha konstruktiv, həm də milli maraqlarımıza uyğun bir mövqe ortaya qoydu. Düşünürəm ki, Azərbaycan və Türkiyə Avrasiya və Gömrük İttifaqına üzv olmaları üçün müraciət etməli, viza rejimi Şengen sazişi kimi bir müqavilə imzalanması yolu ilə ardan aradan qaldırılmalıdır. Avrasiya İttifaqında Avropa Birliyində olduğu kimi sərhədsiz və gömrüksüz gediş-gəliş olmalıdır. Bu regionun çiçəklənməsinə və sülhə böyük tövhə verəcək, türk dövlətlərinin daha sıx əməkdaşlığına və qarşılıqlı inteqrasiyasına yol açacaqdır. O zaman ermənilərlə dəhliz mübarizəsinin də əhəmiyyəti itəcəkdir. Türkiyənin Avrasiya İttifaqına üzv olması "Rusiya SSRİ-ni bərpa etmək istəyir” kimi iddiaları da aradan qaldıracaqdır. Türkiyə özünü aldatmağa son qoymalı, heç vaxt qəbul olunmayacağı Avropa Birliyinə üzv olmaq iddiasından əl çəkməli, Azərbaycanla birlikdə Avrasiya İttifaqına üzvülük barədə ciddi düşünməlidir. Rusiya da səmimi olaraq SSRİ-nin bərpası barədə iddialara son qoyulması üçün bu istiqamətdə səy göstərməli, Türkiyəni Avrasiya İttifaqına dəvət etməlidir.
 
Xalqımız da bilməlidir ki, mentalitetimiz, ciddi qohumluq əlaqələrinə sadiqliyimiz, ənənələr, biznes və pul qazanmaq vərdişləri bizə təkbaşına, qısa zaman kəsiyində hansı siyasi partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq rəqabətlilik prinsipinə söykənən azad bazar iqtisadiyyatı qurmağa imkan verməyəcək. Bunsuz isə yüksək yaşayış standartlarını ölkəmizdə təmin etmək xeyli problematik olacaqdır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“AMEA Ramiz Mehdiyevin növbəti qurbanı olmamalıdır!” — “Hər cildin nəşrində mənimsənilən milyonlar...”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, təhsil eksperti Etibar Əliyev müsahibə verib. Müsahibəni təqdim edirik: - Etibar müəllim, AMEA-da nə ...

"Rəsmi Bakı məsələni qəti şəkildə qoymalıdır" - Qüdrət Həsənquliyev

BAXCP sədri: "Rusiyanın Ukraynanı asanlıqla işğal edəcəyini düşünmürəm" Sfera.az xəbər verir ki, Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculu...

Cavanşir Feyziyev: "Ermənistanın bir gözü yeni müttəfiq axtarışındadır" - MÜSAHİBƏ

Sfera.az bildirir ki, gündəm məsələləri ilə bağlı Turkustan.az-ın sualları Milli Məclisin deputatı  Cavanşir Feyziyev cavablandırır: - Cavanşir müəll...

“İldə bir dəfə 40 günlük çəkilişdə olsam, mənə ilyarım bəs edir” - Məşhur aktyorla VİDEOMÜSAHİBƏ

Sfera.az saytının bu dəfəki qonağı aktyor, dramaturq Kamran Ağabalayevdir. Adətən səmimi fikirləri, açıqsözlülüyü ilə seçilən müsahibimiz əməkdaşımızla sö...

“Bozbaş Pictures"in Şirini bacısından niyə imtina edib? – Nuridə Qasımovadan VİDEOMÜSAHİBƏ

Sizə məhşur aktyorun heç kəs tərəfindən tanınmayan bacısının həyat hekayəsini təqdim edirik: Nuridə Qasımovanın dediyində görə onun anası Nurcahan xanım 1...

“Paşinyan erməni cəmiyyətini inandırmaq istəyir ki, günahkar mən deyiləm” - MÜSAHİBƏ

Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi. - Asif bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan ilin ilk mətbuat konfransını keçirdi. Konfran...