Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı

Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı
"Zəlimxan Yaqub bəstəkarlarla işləyən şair deyildi”.

Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Bəhlul Yaqubov həkim-cərrah Vasif İsmayılın Xalq şairi Zəlimxan Yaqubun "Bu yaşıl ağacın altı bizimdir” şeirinə bəstələnən mahnı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Zəlimxan Yaqub məhz bu səbəbdən şeirlərinə bəstələnən musiqilərə fikir bildirmirdi:

"Amma mən oğlu kimi deyə bilərəm ki, onun şeirlərinə bəstələnən musiqilərə xalq özü qiymət verir. Əgər yaxşı əsərdirsə, yaşayacaq, yaxşı əsər deyilsə, zaman onu sıradan çıxardacaq. Həkimin fikirlərinə hörmətlə yanaşıram”.

"Bu yaşıl ağacın altı bizimdir” mahnısına nə vaxtsa oynamısınız" sualına Bəhlul Yaqubovun cavabı belə olub:

"Xatırlamıram, mən oynayan adam deyiləm. Ola bilsin ki, nə vaxtsa olub, amma yadımda deyil. Amma bu mahnını çox eşitmişəm”.

Qeyd edək ki, həkim-cərrah Vasif İsmayıl Xalq şairi Zəlimxan Yaquba böyük haqsızlıq edildiyini bildirib. O, "Zəlimxan Yaqubun Azərbaycan şeirinin klassikasına çevrilmiş "Bu yaşıl ağacın altı bizimdir" şeirini toy mahnısına çevirdik. Azərbaycanda sənətə hörmət edən bəstəkar varsa, mütləq bu şeirə ciddi mahnı yazmalıdır” deyə bildirib.

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda 700 bal toplamış gənclər ailə qurdu - FOTO

Müxtəlif illərdə ali məktəbə qəbul imtahanında 700 bal toplamış iki məzun - Ucal Ağammədov və Nərmin Məmmədlinin toy mərasimi keçirilib. Sfera.az xəbər ve...

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan kulinariya kanalı Şuşada - VİDEO

"YouTube” internet platformasında bir milyondan çox abunəçisi olan "WILDERNESS COOKING” layihəsinin çəkiliş həyəti Şuşa şəhərində olub. Kanalın məşhur aşp...

Zəlimxan Yaqubun prokuror oğlu “Bu yaşıl ağacın altı bizimdir” mahnısından danışdı

"Zəlimxan Yaqub bəstəkarlarla işləyən şair deyildi”. Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Baş Prokurorluğun Daxili işlər orqanları...

Londonda meşəsi olan sabiq nazir haradadır?

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi… İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri x...

Xəzər dənizinin altında nələr var? - Dalğıcdan etiraflar – VİDEO

"Yer kürəsinin 70%-i sudan ibarətdir. Suyun altında bizim heç vaxt görmədiyimiz canlılar var.Sualtı aləm bizim üçün hərzaman tapmacadır və elə də qalacaq” ...

Mehriban Əliyeva haqqında sənədli film hazırlandı - VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında "Birinci xanım" adlı sənədli film hazırlanıb. Sfera.az-...