Özəl uşaq bağçalarının sayı azalıb – Səbəb nədir?

Özəl uşaq bağçalarının sayı azalıb – Səbəb nədir?
Ötən il Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2019-cu ildə 156 olan özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 2020-ci ildə 133-ə düşüb.
 
Azərbaycanda son illərdə özəl məktəbəqədər təhsil müəssisələrinin sayında davamlı artım qeydə alınırdı. Belə ki, 2008-ci ildə 5 olan özəl müəssisə sayı, 2011-ci ildə 37-yə, 2015-ci ildə 66-ya, 2017-ci ildə 105-ə, 2018-ci ildə 124-ə yüksəlmişdi.
 
Özəl məktəblərin sayının azalması uşaqların sayının azalması ilə bağlıdır. 2019-cu ildə bir məktəbə orta hesabla 74 uşaq düşdüyü halda, 2020-ci ildə 65 uşaq düşüb. Ümumilikdə, özəl məktəblərdə uşaqların sayı 6428 nəfərdən 5124 nəfərə qədər azalıb.
 
2019-cu ilin genişləndirilmiş məlumatına əsasən, özəl məktəbəqədər təhsil müəssisələrinin 83-ü körpələr evi, 73-ü uşaq bağçası olub. Azalma hər 2 tip müəssisədə qeydə alınıb.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR