No Image
No Image

“Zəfər” avtomobili belə olacaq - VİDEO

“Zəfər” avtomobili belə olacaq - VİDEO
Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini başa çatdırıb.

Sfera.az  bildirir ki, onun budəfəki layihəsi Vətən müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunub.

Dizayner bildirib ki, hazırladığı avtomobil layihəsi "Zəfər" adlanır.

Avtomobilin 3d formatda dizaynını işləyən Ramil qeyd edib ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub:

"Qarabağımızda qazandığımız möhtəşəm qələbə məni bu işə sövq etdi. Şuşanın azad olunması, qısa müddətdə bu mədəniyyət beşiyimizə avtomobil yolunun çəkilişinə başlanması məni hədsiz sevindirdi. Ona görə də vizual səhnələrdə "Zəfər" avtomobilini Şuşaya çəkilməkdə olan avtomobil yolunda göstərməyə çalışmışam", - deyə gənc dizayner bildirib.

Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər. Bunun üçün investisiya lazımdır. O, bu layihəni işləməklə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin, investorların diqqətini çəkmək istəyir.

İyirmi səkkiz yaşı olan gənc dizayner bu sahə üzrə təhsilini xaricdə davam etdirmək, avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək arzusundadır.
 

(azertac)
Turan Bank