Özbəkistan Füzulidə məktəb inşa edəcək

Özbəkistan Füzulidə məktəb inşa edəcək
"Mən Şavkat Miramanoviç Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcək”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, məktəbin layihəsi bizə təqdim edilib:

"Bu, növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır və Azərbaycan xalqı bunu çox qiymətləndirir”.

OXŞAR XƏBƏRLƏR