Yüzlərlə delfin \"intihar\" etdi

Yüzlərlə delfin \

200-dən çox delfin özünü Kabo-Verdedəki Boa-Vişta adası sahillərinə atıb. Yerli sakinlər və turistlər delfinlərin üzərinə su tökərək və geriyə - okeana dartaraq onları xilas etməyə cəhd göstəriblər. Lakin onların əksəriyyəti yenidən sahilə atılıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə 136 delfin məhv olub.

Adanın hakimiyyət orqanları İspaniyadan ekspertlərin gəlişini gözləyirlər. Onlar delfinlərin bu davranışını müəyyənləşdirməyə cəhd edəcəklər.

Alimlərin delfin və balinalar arasında intihar hallarına dair fikirləri müxtəlif cürdür. Bəzi versiyalara görə, özlərini sahilə atanlar xəstə heyvanlardır, onların nəslindən olanlar isə həmin heyvanlara kömək məqsədilə dallarınca atılırlar. Digər versiyaya görə, bu, delfinlərin mühit üzərində akustik nəzarəti itirmələri ilə bağlıdır. Bioloqlar, həmçinin delfinlərin digər delfin dəstəsinin hücumundan yaxa qurtarmaları üçün bu addımı atdıqlarını da təxmin edirlər


OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...