“Yunanıstan borc qarşılığında üç adasını Almaniyaya vermişdi” – Ermənistandan pul əvəzinə torpaq?

“Yunanıstan borc qarşılığında üç adasını Almaniyaya vermişdi” – Ermənistandan pul əvəzinə torpaq?

"Azərbaycan bu məsələdə Berlinlə Afina arasında yaşanmış presedentdən yararlana bilər”


Bu sözləri Sfera.az-a açıqlamasında vurduğu ziyana görə kompensasiyanı ödəyə bilməyəcəyi təqdirdə İrəvanın bunu nə ilə əvəzləyə biləcəyi məsələsinə toxunarkən politoloq Cümşüd Nuriyev deyib:

 

"Hələlik beynəlxalq məhkəməyə müraciət etməli və onun verəcəyi qərarı gözləməliyik. Azərbaycan tərəfi 8 milyard dollardan artıq dəymiş ziyanla bağlı Ermənistandan kompensasiya tələb edir. İndilikdə bu məsələ ekspertlərin iştirakı ilə dəqiqləşdirilir. Ona görə Azərbaycan tərəfi beynəlxalq ekspertləri də dəvət edib. Bu da ondan irəli gəlir ki, yerli vəkilləri tərəfli olmaqda günahlandıra bilərlər. Qərar çıxandan sonra rəsmi İrəvan vurduğu ziyana görə kompensasiyanı ödəmək gücündə olmasa, onu başqa alternativlərlə əvəz etmək olar”.

 

Bu mənada həmsöhbətimiz Berlinlə Afina arasında borc məsələsinə görə əldə edilən qərardan ölkəmizin də yararlana biləcəyini düşünür:

 

"Vaxtilə Almaniya ilə Yunanıstan arasında buna bənzər problem yaranmışdı. Böhran içində olan Yunanıstan Berlindən aldığı borcu qaytarmaq iqtidarında olmadığından qərara gəldilər ki, özünə məxsus üç adanı Almaniyaya versin. Beynəlxalq Arbitraj Məhkəməsinin qərarından sonra dəymiş ziyanın əvəzində Afina Berlinə adaları təklif etdi. Yəni, belə bir presedent var. Azərbaycan da bu presedentdən yararlana, kompensasiyanı ödəyə bilməyəcəyi təqdirdə, Ermənistan qarşısında anoloji tələblə çıxış edə bilər.

 

Belədə Azərbaycanın dəymiş ziyana görə, kompensasiya ödəmək gücündə olmayan tərəfdən əvəzində müəyyən enlikdə torpaq götürməsi mümkündür. Bu artıq ölkəmizin deyil, Ermənistanın problemidir. Yəqin ki, Azərbaycan məhz torpaq almağa üstünlük verəcək. Düşmən ölkə vurduğu ziyanıödəməlidir, bu onların borcudur və ödəyəcəklər. Ya pul şəklində, ya da əvəzində torpaq verilməsi ilə”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...