Yoluxmanın qarşısını almaq üçün vacib təklif - saat 8-dən 10-a kimi

Yoluxmanın qarşısını almaq üçün vacib təklif - saat 8-dən 10-a kimi
"Vaksinasiya başlayar-başlamaz karantin tədbirlərinin yumşaldılması epidemioloji baxımdan doğru deyil. Vaksinasiya yalnız 70-80 faiz əhalini əhatə etdiyi halda effektivdir. Bu gün əhalinin 50 faizi vaksinasiya edilmiş olsa belə vaksin yoluxma sayını azaltmayacaq".

Sfera.az xəbər verir ki, bu sözləri "ARB24"ə Türkiyənin "Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusun yayılmasına ən çox ictimai nəqliyyatın səbəb olmasını nəzərə alsaq, əhalinin iş saatlarına müəyyən dəyişiklik edilməsi mümkündür:

"Bununla pik saatlarında yüklənmənin qarşısını almaq olar. Məsələn, 08:00, 09:00 və 10:00 kimi fərqli saatlarda işə başlamaq mümkündür. Distant çalışmaq mümkündürsə, mütləq şəkildə buna keçmək lazımdır.

İşçilərin sayının azaldılması, ictimai nəqliyyatla bağlı dəyişikliklərin edilməsi və bu kimi tədbirləri görməklə tam qapanmanın qarşısını almaq mümkün ola bilər".
 


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...