Yol qəzasında 34 nəfər xəsarət alıb

13:30 / 18.10.2019
1662
Türkiyədə 34 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, yol qəzası Çankırı rayonunun Kurşunlu qəsəbəsində qeydə alınıb.
Avtobusun sürücüsü idarəetməni itirib, nəticədə avtobus aşıb və 34 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.