“Yevlax KOB evi” sahibkarların istifadəsinə verildi - FOTO

“Yevlax KOB evi” sahibkarların istifadəsinə verildi - FOTO
 
Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətə uyğun olaraq, özəl bölmənin iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə sistemli islahatlar aparılır, ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dövlət dəstəyi gücləndirilir. Bu işlərin davamı olaraq, aprelin 8-də Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb.

İqtisadiyyat Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev "Yevlax KOB evi”ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərlə, KOB evinin foyesində təşkil edilmiş mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də ailə təsərrüfatlarının məhsullarından və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

O.Məmmədov məlumat verib ki, agentlik tərəfindən ölkənin şəhər və rayonlarında KOB evlərinin yaradılması həyata keçirilir. "Yevlax KOB evi” artıq biznesin istifadəsinə verilən sayca 2-ci KOB evidir. KOB evləri sahibkarların dövlət xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından effektiv mexanizmdir. KOB evlərinin başlıca üstünlüyü burada sahibkarlara dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərilməsidir. Bu, sahibkarların vaxta və xərclərə qənaət etməsinə, onların daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.

"Yevlax KOB evi”ndə sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət qurumları tərəfindən xidmətlər göstəriləcək. Burada, həmçinin özəl qurumlar bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətlərini təqdim edəcəklər. Ümumilikdə "Yevlax KOB evi”ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 200-dən çox xidmət göstəriləcək. KOB evlərinin fəaliyyəti ilə bağlı artıq müsbət təcrübə də var. Belə ki, 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində fəaliyyətə başlamış ilk KOB evində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98 faiz təşkil edir. 2020-ci ildə "Xaçmaz KOB evi” vasitəsilə sahibkarlıq subyektlərinə 21 minədək xidmət göstərilib. "Yevlax KOB evi”ndə yaradılmış KOB İnkişafı Mərkəzində (KOBİM) isə mikro, kiçik və orta sahibkarlıq subyektləri, startaplar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün təlimlər təşkil olunur.

Qeyd edək ki, Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində olmaqla, indiyədək 5 KOBİM sahibkarların istifadəsinə verilib. Ötən il 1200-dək KOB subyekti, startap və biznesə başlamaq istəyən potensial sahibkarlar KOBİM-lərin təlimlərindən, məsləhət və digər xidmətlərindən yararlanıblar. Yevlax KOB İnkişaf Mərkəzində də digər KOBİM-lər kimi, KOB subyektlərinə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlimlər keçirilır, məsləhət və digər xidmətlər göstərilir.



OXŞAR XƏBƏRLƏR

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...