Yenilənmiş Expresso kartları ilə daha geniş imkanlar!

Yenilənmiş Expresso kartları ilə daha geniş imkanlar!
 

Expressbank, hər kəs tərəfindən tanınan və sevilən Expresso kartlarını indi daha sərfəli etdi! Bankın yaydığı məlumata əsasən, kartlar artıq 3 fərqli növdə müştərilərə təqdim edilir. Belə ki, müştərilər Expresso Standard kart növü ilə yanaşı Premium kart sinifinə aid olan Expresso Gold və  Expresso Platinum kartları arasında seçim edə biləcəklər. Hər 3 kartı birləşdirən növbəti üstünlüklər mövcuddur:

  1. Kartlar AZN/ USD/ EUR /GBP - 4 fərqli valyutada təqdim edilir
  2. Kartların qiyməti 5 AZN-dən başlayır
  3. 4 il müddətinədək buraxılır
  4. Həm debet həm kredit funksiyalarını özündə birləşdirir
  5. Təmassız ödənişləri dəstəkləyir
  6. Expressbank-ın ATM-lərindən debet qalığının nağdlaşdırılması zamanı komissiya- 0%
  7. Sms banking hər 3 kartda artıq pulsuzdur
  8. Ölkədaxili alış-veriş zamanı 30%-dək casback qazandırır
  9. Manat valyutalı kartlar müştərilərin debet qalığına əlavə gəlir gətirir. Expresso Standard kart sahibləri kartdakı debet qalığına illik 3% gəlir, Expresso Gold kart sahibləri illik 4%, Expresso Premium kart sahibləri isə  illik 5% gəlir qazanacaqlar.
Expresso Gold və Platinum kartlarında kredit xəttinin istifadəsi üzrə müştərilərə 40 günədək güzəşt müddəti də təqdim edilir. Əlavə olaraq, Expresso Platinum kart sahibləri Lounge key xidmətindən də istifadə edə biləcək. Bu xidmət sadəcə kartı göstərməklə dünyanın bir çox hava limanlarında lounge zallarına pulsuz daxil olmağa imkan verir.

Siz də bütün bu imkanlardan yararlanmaq üçün istənilən Expressbank filialına yaxınlaşa və ya http://bit.ly/3bVlDeL linkinə daxil olmaqla elə onlayn qaydada kartınızı sifariş edə bilərsiniz.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

İyulun 13-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 13.07.2020-ci il ta...

BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

 Azərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobu...

Unibank özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı

  "Unibank”ın dəstəyi ilə daha bir  vətəndaşımız şəxsi biznesini yaratmaq arzusuna çatdı. Tərtər şəhərində yaşayan, Qarabağ müharibəsi əlili Həsən Əs...

“5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat

  "Dünya enerji bazarlarındakı durğunluq və qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyini hamımız hiss edirik. Yeni növ koron...

Dünya bazarlarında təbii qaz yenidən ucuzlaşıb

  Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətiazalıb. Sfera.az xəbər verir ki, avqustda çatdırmaq şərti ilə təbii q...

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

  Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Sfera.az xəbər verir ki, iyulun 10-da qızılın qiyməti iyulun 9-u ilə müqayisədə 17,425 manat (0,57 faiz) azalara...