No Image
No Image

“Yeni simalar gətiriləcək, sədr də dəyişə bilər...” – YAP-ın qəfil qurultay qərarına REAKSİYALAR

“Yeni simalar gətiriləcək, sədr də dəyişə bilər...” – YAP-ın qəfil qurultay qərarına REAKSİYALAR
Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi barədə məlumatlar yayılıb.

Məlumdur ki, hakim partiyanın qəfil qurultay qərarı təsadüfi sayıla bilməz və bu ciddi islahatların anonsu kimi dəyərləndirilir. Maraqlıdır, siyasi icmalçılar, müxtəlif siyasi təşkilat liderləri hakim partiyanın bu qurultayından nə gözləyirlər?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəməsələ ilə bağlı hansısa şərh vermək istəməyib:


 
"Fərziyələri şərh etmək istəmirəm. Hər bir partiya öz nizamnaməsilə idarə olunur.  Ona görə də məsələ ilə bağlı heç bir şərhim yoxdur”.  
 
ReAL-ın icra katibi Natiq Cəfərlinin fikrincə, bu qurultayla hakim partiyanın idarəetmə orqanlarına yeni simalar gətiriləcək:
 
 
"Ola bilər ki, YAP-ın növbədənkənar qurultayında hətta sədr dəyişikliyi də olsun.  Çünki Azərbaycan Prezidenti 10 milyonluq insanın prezidentidirsə, onun bir partiyaya rəhbərlik etməsi doğru deyil.  Habelə, partiyanın idarəetmə orqanlarında dəyişikliyin olacağı, yeni simaların gələcəyi də istisna edilmir. Yəni, hakim partiyanın növbəti qurultayı gələcəkdə Azərbaycan siyasətində kifayət qədər müzakirə olunacaq maraqlı situasiya yarada bilər”.
 
ASDP sədri Araz Əlizadə digər partiyaların daxili işlərinə qarışmamağa üstünlük verdiyini söyləyib:
 
 
"Yəqin ki, qurultayda hesabat olacaq. Həmçinin, gözlənilir ki, gələcək fəaliyyət planlarını müzakirə edəcəklər.  Bununla belə, digər partiyaların daxili işlərinə qarışmıram”. 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə YAP qurultayı ilə ciddi gözləntilərinin olmadığını ifadə edib:
 
 
"YAP üzvü olmadığım, başqa partiyanın sədri olduğum üçün hakim partiyadan heç bir gözləntilərim yoxdur. Ona görə də onların qurultayı ilə bağlı deyəcəyim heç nə yoxdur. Bütün təşkilatlara uğurlar arzulayıram”.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa YAP-ın qurultayı məsələsini elə hakim partiya üzvlərinin öz öhdələrinə buraxmasını məsləhət gördü:

 
 
"Bunun mənə nə aydiyyatı var. Başqa partiyanın işinə qarışmaq, elə YAP-ın bizim partiyanın işinə qarışması kimi bir şeydir. Özləri bilər, nəyi istəsələr onu da təsdiq edəcəklər. Onlara hansısa ağıl və ya məsləhət verməyimizin anlamı yoxdur”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, hakim partiyanlın qurultayı  formal xarakter daşıyır: 
 
 
"YAP klassik mənada dərk olunan siyasi partiya kimi fəaliyyət göstərmir. Bu partiya ölkənin nə daxili, nə də xarici siyasətində, ölkədəki siyasi proseslərdə faktiki iştirak etmir. YAP konkret olaraq hakimiyyətdəki siyasi qüvvənin dəstəkçisi, onun təzyiq qrupu kimi fəaliyyət göstərir. Ona görə də YAP-ın qurultayları formal xarakter daşıyır, heç bir əhəmiyyət kəsb etmir.  Cəmiyyət üçün orada qəbul olunan qərarlar, həyata keçirilən ssenarilər maraqlı deyil”.

İctimai siyasi fəal Həcər Abbaslı düşünür ki, bu qurultay Siyavuş Novruzov üçün sonuncu olacaq, o YAP-dan çıxarılacaq:
 
 
"YAP-ın qurultayında hansı məsələlərin müzakirə olunacağını bilmirəm.  Amma ümid edirəm ki, qurultayda Siyavuş Novruzov və digərlərinin partiyadan çıxarılması və onlara şiddətli töhmət verilməsi barədə  qərarlar verilə bilər.  Əldə etdiyim informasiyalara görə məhz belə də olacaq”.

Elçin
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Bəyanatda elə bir şərt yoxdur!" - Paşinyanın Naxçıvanla bağlı dediklərinə REAKSİYA

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Naxçıvan dəhlizinə sahib olacaqlarını bildirib.    "Onlar daim deyil...

Baydenlə Putin harada görüşəcək? – Mümkün şəhərlər siyahısında Bakının da adı hallanır

"Məlumdur ki, ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının prezidenti Putinə görüşlə bağlı təkliflər verib. Təklifdə həmçinin vurğulanıb ki, görüş Avropa ö...

Prezidentdən informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında " fərman imzalayıb. Sfera....

Şoyqudan BMT-yə İTTİHAM: "Qarabağla bağlı təklifimizə cavab gəlməyib"

BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın müdafi...

ABŞ-Rusiya mübarizəsinin daha gərgin fazası BAŞLADI: "Hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik"

"ABŞ-da baş tutmuş sonuncu prezident seçkilərindən sonra bu ölkənin strateji institutları Rusiya ilə iş sahəsində ciddi paradiqma dəyişikliyi edib. Düşünürəm ki...

Rəsmi Bakı Minsk Qrupunun qayıdışına hansı şərtlərlə razı olacaq? – Politoloqdan açıqlama

"Minsk qrupu yenidən prosesdə iştirak etmək istəyirsə, konkret təkliflərlə gəlməlidir. Bu təkliflər isə münaqişədən sonra yaranan yeni vəziyyəti tənzimləməkdə...