Yeni iqtisadi rayonların əsas göstəriciləri – Hansı rayonun ərazisi və əhalisi nə qədərdir?

Yeni iqtisadi rayonların əsas göstəriciləri – Hansı rayonun ərazisi və əhalisi nə qədərdir?
Azərbaycanda iqtisadi rayonların yeni bölgüsünün aparılmasından sonra regionlar üzrə ərazi sahəsinə, əhali sayına və ümumi məhsul istehsalına dair göstəricilərdə dəyişiklik baş verib.
 
Sfera.az-ın 2019-cu ilə aid olan genişləndirilmiş statistik məlumatlara əsasən apardığı hesablamaya görə, ərazi baxımından ən böyük iqtisadi rayon Qarabağ iqtisadi rayonudur. Ərazi cəhətdən digər böyük iqtisadi rayonlar Şəki-Zaqatala, Şərqi Zəngəzur və Qazax-Tovuz rayonlarıdır. Sahəsi kiçik olan iqtisadi rayonlar isə Bakı, Abşeron-Xızı və Gəncə-Daşkəsəndir.
 
Əhali sayına baxımından ən böyük iqtisadi rayon Bakıdır. Bakı əhalinin çoxluğuna görə digər rayonlardan kəskin fərqlənir. Ölkə əhalisinin 21,1 faizi Bakıda daimi qeydiyyata alınıb.
 
Bakıdan sonra əhali sayı baxımından ən böyük regionlar Lənkəran-Astara, Qarabağ və Qazax-Tovuzdur.

Əhalisi az olan iqtisadi rayonlar Dağlıq Şirvan, Şərqi Zəngəzur və Naxçıvandır.
 
Bakı, ümumi məhsul buraxılışının dəyərinə görə də digər regionlardan kəskin fərqlənir. 2019-cu ildə 91 milyard manatlıq məhsul istehsalının 67 faizi Bakının payına düşür. Bakını Abşeron-Xızı, Naxçıvan və Mərkəzi Aran iqtisadi rayonları izləyir.

Ən az məhsul buraxılışı olan iqtisadi rayonlar isə Şərqi Zəngəzur, Dağlıq Şirvan, Qarabağ iqtisadi rayonları olub.
 
Şərqi Zəngəzurda istehsalın zəif olmasının səbəbi bu iqtisadi zonaya daxil olan rayonların işğal altında qalmasıdır. Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərin bir hissəsinin işğala məruz qalması da iqtisadi göstəricilərə mənfi təsir edib.
 
Xatırladaq ki, əvvəlki bölgüyə əsasən, Azərbaycanın ərazi baxımından ən böyük iqtisadi rayonu Aran (21,15 min kv. km.) və Gəncə-Qazax (12,3 min kv.km.) idi. Əhali sayı və məhsul istehsalına görə isə Abşeron iqtisadi rayonu digərlərindən kəskin fərqlənirdi.

Vasif
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...