Yeni il yoluxma sayını kəskin artıra bilər - Azərbaycanda peyvənd məcburiləşdiriləcək?

Yeni il yoluxma sayını kəskin artıra bilər - Azərbaycanda peyvənd məcburiləşdiriləcək?
Hazırda dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniyada koronavirus əleyhinə vaksinin məcburi olması ilə bağlı müzakirələr aparılır. "Omicron” ştamının sürətlə yayılması sözügedən məsələni gündəmə gətirib. Digər tərəfdən Yeni il günündə bayram yığıncaqları, şənlikləri ilə bağlı yoluxma sayının artacağı düşünülür. 

Maraqlıdır, peyvəndin məcburi olması zərurətdirmi? Yeni il bayramı yoluxmaların sayına necə təsir edəcək?

Bununla bağlı Sfera.az-a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib ki, ümumiyyətlə vaksinləşmə prosesində "məcburi tətbiq" fikrinin istifadəsinə qarşıdır:

"Bu fikrin təhlilini aparsanız görərsiniz ki, elmə inanmayan və bu gün də peyvəndə qarşı olan insanların fikir məhsuludur ki, ortaya çıxarılıb. Bu isə elmə inanmamaq, onun bu gün qazandığı uğurlara göz yummaq və elmi təhlilləri başa düşməmək deməkdir. Amma bu tipli insanların belə olmağı o demək deyil ki, onlar peyvəndsiz qalmalı, cəza olaraq peyvənddən yararlanmamalıdırlar və virusa yoluxanda onu ağır keçirib hətta ölümlə qarşılaşmalıdırlar. Bu, tibb elminin etik normaları çərçivəsində deyil və elə ona görə də bu insanlara peyvəndin tətbiqi yolları incələnir, tətbiq edilir. 

Nəzərinizə qısa da olsa maraqlı bir elmi statistikanı çatdırım. Belə ki, COVID-19-a inanmayanları və peyvəndə qarşı çıxanları Amerika və Avropada sorğu apararaq incələdikdə aydın olur ki, bu şəxslərin çoxu müxtəlif dinlərə və təriqətlərə hədsiz dərəcədə fanatik inananlar, müəyyən psixi problemləri olanlar, xüsusi savad və intellekt tələb etməyən işlərdə çalışanlardır. Bu da bir daha onu deməyə əsas verir ki, bu insan qruplarına ciddi nəzarət, nəinki,  gündəlik həyatda, hətta pandemiya ilə mübarizədə də vacibdir. Əks halda, özləri dərk etmədiyi təhlükəni cavabdehlik daşıdıqları insanlara ötürməklə saysız ölümlərə səbəb ola bilərlər”.

Müsahibimiz Yeni il günü yoluxmaların artma ehtimalından danışarkən fikrini bu cür ifadə edib:

"Bu suala ümumi olaraq, yəni bütün ölkələri eyniləşdirib cavab vermək elmi tərəfdən çox yanlışdır. Çünki ölkələrdəki epidemioloji vəziyyətlər və yoluxmaların qeydə alınması məsələsi artıq fərqlidir. Lakin konkret olaraq deməli olsaq, Yeni il Avropa ölkələrində yoluxma sayına birbaşa təsir edəcək”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda fevralın 15-dən bu qadağalar tətbiq ediləcək - SİYAHI

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb. Sfera.az xəbər verir ki, birgə məlumatda deyilir: "Mə...

Karantinlə bağlı nazirlikdən YENİ AÇIQLAMA

COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi "müsbət” olan şəxslərə və ...

Yoluxanların bu günə olan statistikası AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 757 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

İmmunitet sertifikatı yeni qayda ilə veriləcək - BU GÜNDƏN

Bu gündən Azərbaycanda koronavirusla bağlı immunitet sertifikatı yeni qayda ilə veriləcək. Sfera.az-ın xəbərinə görə, COVID-19 xəstəliyinə yoluxmuş şəxslə...

Təyyarə ekipajına COVİD-19-la bağlı qoyulan tələblər dəyişdi

"Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”...

Azərbaycanda sahibkarlara SEVİNDİRİCİ XƏBƏR - Vacib dəyişiklik edildi

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti daha 1 il uzadılır. Sfera.az  APA-ya istinadən xəbər verir ki, bu, Mil...