Yeni 10 manatlıq pul dövriyyəyə buraxılıb - FOTO

Yeni 10 manatlıq pul dövriyyəyə buraxılıb - FOTO
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. 
Bankdan  verilən məlumata görə, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur. Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur. Dünyanın aparıcı mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyaları nəzərə almaqla pul nişanlarımızın dizaynının və xüsusilə mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. 

Bu istiqamətdə ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 24 may 2018-ci il tarixində tədavülə 200 manatlıq pul nişanı buraxılıb. Mərkəzi Bank tərəfindən dizayn mövzusu "Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilmişdir. 

Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub. 

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur. 

Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilmişdir. 

Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir. 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...