\"Yəməndə qan töküləcək, İran-ABŞ münasibətləri isə...\"- İrandakı prezident seçkilərinin MÜMKÜN NƏTİCƏLƏRİ

\
Xəbər verdiyimiz kimi İranda iyunun 17-də prezident postuna seçkilər keçiriləcək. 
 
Prezident seçkilərində iştirak üçün 592 namizəd qeydə alınsa da, onlardan yalnız 7 nəfərin namizədliyi təsdiqlənib.  Əsas iddialı namizəd kimi isə İran İslam Respublikasının (İİR) Məhkəmə Hakimiyyətinin hazırkı başçısı İbrahim Rəisinin adı çəkilir.

Maraqlıdır, qonşu ölkədə yeni prezidentin seçilməsi nələri dəyişdirəcək? Ölkə siyasətində yenilik gözlənilirmi? 

Məsələ ətrafında Sfera.az-a danışan politoloq Natiq Miri İranda yenidən mühafizəkarların hakimiyyətə gələcəyini bildirib:

"İranda heç vaxt seçkilər demokratik olmayıb, prezidentin seçilməsi heç vaxt xalqın ümidinə buraxılmayıb. Yəni xalqa seçki haqqı verilməyib ki, bu da İslama daban-dabana ziddir. İran ümumiyyətlə, İslam xəttinin prinsiplərindən ayrılaraq tamamilə fərqli müstəvidə cəmiyyət qurub. Bu baxımdan İranda nə seçkilər, nə də insan hüquqlarının qorunması məsələsi həssasdır. Bu ölkədə farsçılıq əsas önə çəkilir ki, bu da digər xalqların hüquqlarının tapdanması ilə nəticələnir. Bundan irəli gəlir ki, İranda yaşayan 40 milyon azərbaycanlı üçün öz dillərində normal məktəb, media yoxdur. İranda seçki şousu zamanı artıq islahatçıların nümayəndələri sünii olaraq zərərsizləşdirildi bu da gələcəkdə 4-5 il ərzində islahatçılardan yeni prezident seçilməsinin qarşısını kəsdi".

Politoloq ABŞ-İran münasibətlərindən də danışıb. Ekpsertin sözlərinə görə ikitərəfli əlaqələrdə normallaşma gözlənilmir:

"ABŞ-İran arasında nüvə razılaşması ilə əlaqədar vəziyyət dəyişdiyi üçün bu gün ABŞ İran üçün qismən də olsa, sanksiyaları ləğv edir. Bütün bunların fonunda süni formada əngəl yaradılaraq vitse-prezident İshaq Cahangiri seçki prosesindən uzaqlaşdırıldı. Bu Ruhani və SEPAH səviyyəsində hökumətin mühafizəkarlardan təşkil olunma niyyəti ilə əlaqədardır, İran üçün müsbət perspektiv vəd etmir. Mühafizəkarların yürütdüyü siyasətin nəticəsidir ki, bu gün İran blokada çərçivəsindədir və İrana çox ciddi sanksiyalar tətbiq edilir. Bunların fonunda mühafizəkarlar hakimiyyətə gələrsə, şiə inqilabının "dəyərlərini", farsizm şovinizmi siyasəti daha da artan xəttlə davam edəcək. Bu da İranın terror təşkilatlarına mojistik dəstək verməsi anlamına gəlir. Eyni zamanda Yəməndə yenə qan töküləcək, Azərbaycanla bağlı casusluq siyasəti davam edəcək, Qərb və ABŞ-la münasibətlər normallaşamayacaq". 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...